İDMAN
İngiltərəli futbolçu Cud Bellinqem UEFA Çempionlar Liqasının tarixinə düşüb
Bakı, 16 sentyabr, AZƏRTAC
Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellinqem UEFA Çempionlar Liqasının tarixinə düşüb.
AZƏRTAC xəbər verir ki, turnirin qrup mərhələsinin birinci turunda “Beşiktaş” komandası ilə matçda fərqlənən futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsində qol vuran ən gənc oyunçu adını qazanıb. C.Bellinqem bu uğura 18 yaş 78 günündə nail olub. İngiltərəli futbolçu bu göstərici ilə Kilian Mbappenin (18 yaş 85 gün) rekordunu yeniləyib. Fransalı hücumçu 2017-ci ildə “Monako”nun heyətində rekord müəyyənləşdirmişdi.
Cari mövsüm Dortmund təmsilçisinin heyətində 7 oyuna çıxan C.Bellinqem 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]