İQTİSADİYYAT


“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir

Bakı, 23 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC 

Oktyabrın 23-də Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia Innovation Day” adlı tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları öncə nazirliyin və “Huawei” şirkətinin məhsullarını təqdim etdiyi texnoloji və innovativ məhsullarla tanış olub.

Dialoq platforması rolunu oynayan tədbirdə siyasətçilər, özəl sektorun nümayəndələri, elm xadimləri və media nümayəndələri iştirak edirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovativ fəaliyyətin kütləviləşdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb.

Nazir müavini bu istiqamətdə imzalanmış “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb: “Sərəncama əsasən, koordinasiya subyektlərində innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslər təyin olunub və hesabatlılıq sistemi formalaşdırılır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.