İQTİSADİYYAT


İnnovasiyalar Agentliyi beynəlxalq sammitdə təmsil olunub

Bakı, 23 fevral, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyasının (IASP) təşkilatçılığı ilə baş tutan "Let's talk" sammitində iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni üzvlərin təqdim edilməsi məqsədilə keçirilən sammitdə elmi parklar və innovasiyalar mərkəzlərinin qarşılaşdığı yeni trend və çətinliklərdən bəhs olunub, həmçinin assosiasiyanın idarə heyəti və yeni üzvləri arasında maraqlı müzakirələr aparılıb.

Onlayn keçirilən sammitdə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli rəhbərlik etdiyi qurumun fəaliyyət sahələri barədə asossiasiyanın üzvlərini məlumatlandırıb. O, çıxışında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq İnnovasiyalar Agentliyinin bu yöndə gördüyü tədbirlərdən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan işlərdən danışıb.

Qeyd edək ki, Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyası (IASP) özündə 77 ölkədən 350 üzv və 115 mindən çox şirkəti birləşdirir. Təşkilatın başlıca məqsədi elmi parklar və innovasiya mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələri yaradılmasına kömək olmaq, bu sahədə keçirilən konfrans və sammitlərin köməyi ilə beynəlxalq təcrübə mübadiləsini reallaşdırmaqdır.

Xatırladaq ki, İnnovasiyalar Agentliyi ötən ilin dekabr ayında regionda ilk olaraq Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyasının tam üzvü seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.