İQTİSADİYYAT


İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə “New Generation Pitch Day” təşkil olunacaq

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 31-də İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə “New Generation Pitch Day” təşkil olunacaq.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “New Generation” layihəsinin 4 mərhələsi ərzində info-sessiyalar, təlimlər, mentor görüşlərini və biznesin inkişafı proqramını tamamlamış 25 sahibkar 35 min AZN-dək investisiya üçün öz bizneslərini münsiflərə təqdim edəcək. Startap və sahibkarlıq təcrübəsinə sahib münsiflər isə ən yaxşı layihələri seçəcək.

“New Generation Pitch Day” layihəsi İnnovasiyalar Agentliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Youth Inc.” Sahibkarlıq Proqramı və “Coca-Cola” Fondunun dəstəyi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.