CƏMİYYƏT


İnsan alverinə qarşı mübarizəyə dair yeni sosial çarx təqdim olunub VİDEO

Bakı, 20 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri qurbanına çevrilmənin vasitələri barədə sosial-maarifləndirici videoçarx təqdim edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videoçarxda işədüzəltmə firmaları, moda, nikah, turizm agentlikləri, internet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar, qəzet və televiziyalarda elanlar, tanışlar, qonşular, qohumlar, xаrici аgеntliklər tərəfindən təkliflər, əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təklifləri insan alveri qurbanına çevrilmənin əsas vasitələri olduğu vurğulanıb. Qeyd olunub ki, DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 - “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir. Həftənin bütün günlərində 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərən “Qaynar xətt” dünyanın istənilən ölkəsindən zəngləri qəbul edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.