İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

Bakı, 16 avqust, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb.

Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li və AZ2053008689 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

Fonddan daxil olan məlumata əsasən, avqustun 15-də AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 və AZ2053008689 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 15-dən etibarən AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların nominal üzrə qalıq məbləği 616,23 manat, AZ2053008689 İSİN-li istiqrazın nominal üzrə qalıq məbləği isə 951,84 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə 616,23 manat və AZ2053008689 İSİN-li istiqraz üzrə isə 951,84 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 616,23 manat və AZ2053008689 İSİN-li istiqraz ilə ticarət edərkən istiqrazın baza qiymətinin isə 951,84 manat olması nəzərə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.