DÜNYA


İqlim dəyişikliyinin nəticələri dünya şirkətlərinə 2,3 trilyon dollara başa gələ bilər

Bakı, 9 dekabr, AZƏRTAC

Hökumətlər tərəfindən iqlim dəyişikliyi ilə bağlı normativ tələblərin sərtləşdirilməsi nəticəsində dünyanın müxtəlif kompaniyalarının kapitalı 2,3 trilyon dollar azala bilər.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu hesablamanı BMT-nin Principles for Responsible Investment (İnvestisiya məsuliyyəti prinsipləri) maliyyə təşəbbüsü təşkilatı aparıb. Təşkilatın proqnozuna görə, bundan ən çox kömür (44 faiz) və neft-qaz kompaniyaları (31 faiz) zərər çəkəcək. Elektromobillərə investisiya yatıran avtomobil istehsalçıları və elektrik enerjisi kompaniyaları isə əksinə, xeyli gəlir əldə edəcək. Onların kapitalının iki dəfə artacağı gözlənilir.

İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun Koreya Respublikasının İnçhon şəhərindəki görüşünün nəticələrinə əsasən dərc olunan xüsusi məruzəyə görə, planetdə temperatur artımının 1,5 dərəcədə saxlanılması su resurslarının 2100-cü il üçün nəzərdə tutulan defisitini 50 faiz azaltmağa imkan verəcək. Həmçinin ekspertlər belə nəticəyə gəliblər ki, 2010-cu illə müqayisədə 2030-cu ilədək atmosferə karbon qazının atılmasını 35 faizə qədər azaltmaq, 2050-ci ilə qədər isə tamamilə dayandırmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.