ELM VƏ TƏHSİL
“İqtisadi artım və ictimai rifah” jurnalının növbəti nömrəsi nəşr olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “İqtisadi artım və ictimai rifah” jurnalının 2021-ci il üzrə üçüncü nömrəsi nəşr olunub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, jurnalın bu sayında “Azərbaycan sənayesi pandemiya dövründə”, “Azərbaycanda ət və ət məhsulları istehsalı: mövcud durum və inkişaf istiqamətləri”, “Sosial sığorta gəlirlərinin uçotunun metodoloji aspektləri”, “Postpandemiya dövründə Azərbaycanda dayanıqlı inkişafın əsas istiqamətləri”, “Ölkə və regionların iqtisadi potensialının sistem xüsusiyyətləri”, “Azərbaycanda sənaye parklarının regional təşkilinin iqtisadi əsasları”, və digər aktual mövzularda elmi məqalələr yer alıb.
“İqtisadi artım və ictimai rifah” jurnalı iqtisadiyyat sahəsində elmi-nəzəri məqalələrin, araşdırma materiallarının müasir dövrün tələblərinə uyğun formatda nəşrini həyata keçirir. Məqalələr Azərbaycan, rus, türk və ingilis dillərində çap edilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərdən biridir.