Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadi uğurların əsasında Azərbaycan Prezidentinin dövlət quruculuğu siyasəti və dərin düşünülmüş iqtisadi islahatların uğurla reallaşdırılması durur

İqtisadi uğurların əsasında Azərbaycan Prezidentinin dövlət quruculuğu siyasəti və dərin düşünülmüş iqtisadi islahatların uğurla reallaşdırılması durur

Bakı, 24 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin iyulun 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraq doğurub. Təkcə Azərbaycanın yox, bütövlükdə regionun üzləşdiyi problemlər və onların həlli yolları, beynəlxalq münasibətlər və hələ də müşahidə edilməkdə olan ikili standartların yolverilməzliyi və onun fəsadları yeni dövrün məziyyətləri prizmasından dəyərləndirilib, ölkəmizin haqlı və möhkəm mövqeyi dünyaya bəyan edilib. AZƏRTAC bu müsahibə barədə öz fikirlərini bölüşmək Auditorlar Palatasının sədri, professor Vahid Novruzova müraciət edib.

- Vahid müəllim, Azərbaycan Prezidenti 2021-ci ilin 6 ayı ərzində qazanılan iqtisadi uğurlara dair bir sıra konkret və ürəkaçan rəqəmlər səsləndirib. Sizcə, bu uğurların əsasında hansı amillər durur?

- Ən əsası odur ki, Azərbaycan iqtisadiyyatı tənəzzüldən yaxa qurtarmaqla bərabər mühüm uğurlara da imza atıb. Bu mənada ümumi göstərici kimi iqtisadiyyatımızın 2 faizlik artımını göstərmək olar. Bununla yanaşı, qeyri-neft sektorumuzun 5 faizlik, qeyri-neft sənayesinin 16,6 faizlik, kənd təsərrüfatının 5,6 faizlik, ixracın 15 faizlik, o cümlədən qeyri-neft ixracının 27 faizlik artımı, habelə inflyasiyanın məqbul hesab edilə biləcək səviyyədə olması iqtisadiyyatımızın inkişafının gələcək perspektivlərindən xəbər verir. O ki qaldı, iqtisadi tərəqqini təmin edən amillərə, bütün bunların da əsasında Azərbaycan Prezidentinin düzgün, çevik, qətiyyətli və milli mənafelərimizi prioritet kimi dəyərləndirən dövlət quruculuğu siyasəti və dərin düşünülmüş iqtisadi islahatların uğurla reallaşdırılması durur.

Bunlar barədə öz müsahibəsində Prezident İlham Əliyev belə deyib: “Biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır”.

- Bu, onunla izah oluna bilərmi ki, şəffaflığın artırılması əsas hədəflərimizdən biri kimi qəbul edilib?

- Tamamilə razıyam. Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən əsas xüsusiyyətlərdən biri idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir. Şəffaflığı yüksəltməklə kölgə iqtisadiyyatının və qeyri-qanuni gəlirlərin qarşısının alınmasına zəmin yaradır, digər tərəfdən isə iqtisadi sərbəstliyin artırılmasına, inhisarçılığın aradan qaldırılmasına şərait yaradırıq. Yeni dövr şəffaflıq, dürüstlük, inhisara son qoymaq dövrüdür. Müasir şəraitdə iqtisadiyyatın dinamik və davamlı inkişafında şəffaflığın rolu əhəmiyyətli dərəcədə artıb. Bu istiqamətdə son illərdə müxtəlif dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın təmin edilməsinə şərait yaradıb. Bu gün Azərbaycan iqtisadiyyatının şaxələnməsini, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsini, sahibkarlığın inkişafını, əhalinin məşğulluğunun yüksəldilməsini və xalqın rifah halının yaxşılaşdırılmasını şəffaflıq olmadan təsəvvür etmək olmaz. İndiki Böyük Qayıdış mərhələsində maliyyə intizamına ciddi əməl olunması, resurslardan səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü artan və irimiqyaslı layihələr icra edən ölkədir. Bu sahədə daha böyük uğurlara imza atmaq üçün idarəetmə sisteminin ən mühüm alətlərindən olan uçot, hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Şəffaflığın artırılması problemi dövlət orqanlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi məsələsi qarşıya məqsəd qoyulmuşdur. Eyni zamanda, şəffaflığın yüksəldilməsi ilə yanaşı, məsuliyyətin artırılmasının vacibliyi unudulmamalıdır.

- Dövlətimizin başçısının müsahibəsində xüsusi vurğuladığı kölgə iqtisadiyyatına qarşı mübarizənin nəticələri, elə korrupsiyanın aradan qaldırılması üzrə görülən işlər də öz bəhrəsini verməkdədir. Elə deyilmi?

- Bəli. Hələ 2020-ci ilin əvvəllərində Prezident İlham Əliyev belə bir fikir söyləmişdi ki, “Öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makro-iqtisadi sabitlik təmin edilsin”. Göstərilən məqsədə çatmağın yolları da Prezident İlham Əliyev tərəfindən göstərilmiş və onların həll edilməsi müvafiq qurumlara tapşırılmışdı. “Vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır” kimi Prezidentin tapşırığı isə yeni dövrün çağırışlarından biri kimi müstəsna əhəmiyyət kəsb edir. Korrupsiya və kölgə iqtisadiyyatı hallarını aradan götürmək məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər son vaxtlar getdikcə daha böyük vüsət almaqdadır. Mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilir və bu istiqamətdə işlər beynəlxalq təcrübə nəzərə alınmaqla davam etdirilməkdədir. Heç də təsadüfi deyil ki, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər beynəlxalq təşkilatlar tərəfindən getdikcə daha yüksək dəyərləndirilir və Azərbaycanın reytinqi stabil olaraq artmaqdadır.

- Müsahibədəki dövlət məmurlarına qoyulan tələblər də maraq doğurur.

- Azərbaycan Prezidenti öz müsahibəsində bir daha xatırladır ki, “Bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik. Lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da ki, hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək”.

Dünya təcrübəsi göstərir ki, nə sərt inzibati tədbirlər, nə repressiv qanunların qəbulu və tətbiqi, heç biri ayrı-ayrılıqda kölgə iqtisadiyyatı və korrupsiyanın öhdəsindən gəlmək iqtidarında deyil. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti bu sahədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat işinə də ciddi fikir verməyi zəruri hesab edir. Bunun müsbət nəticəsi kimi, bu ilin 6 ayında vergi və gömrük toplanması istiqamətində əldə edilən nəzərə çarpacaq uğurları göstərmək olar. Göründüyü kimi, dövlətimizin başçısının məmurlara qarşı tələbləri kəskin olduğu qədər də, davamlı və yeni dövrün çağırışları baxımından önəmli xarakter daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub