ELM VƏ TƏHSİL


İqtisadiyyat İnstitutunda magistrantlarla görüş keçirilib

Bakı, 7 oktyabr, AZƏRTAC

AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanov magistraturaya yeni qəbul olan magistrantlarla görüşüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə professor Nazim İmanov AMEA-nın magistraturasında təhsilin əsas xüsusiyyətləri, üstünlükləri, yüksəkixtisaslı kadrların hazırlanması sahəsində İqtisadiyyat İnstitutunda həyata keçirilən fəaliyyət barədə danışıb. Habelə magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, magistratura təhsilini uğurla başa vuranların gələcəkdə öz elmi fəaliyyətlərini sözügedən müəssisədə davam etdirmək imkanları olduğunu qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunun magistraturasına makroiqtisadi siyasət ixtisası üzrə 3 nəfər qəbul olub. Onlardan ikisi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, biri isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.