CƏMİYYƏT


İradə İbrahimova: Milli Qurtuluş Günü ilə əlaqədar milli parklarda “Açıq qapı” günü keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanın milli parklarında iyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad ediləcək. “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova iyunun 12-də keçirilən mətbuat konfransında məlumat verib.

Mətbuat katibi, həmçinin deyib: "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması istiqamətində də bir sıra tədbirlər həyata keçirildi, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahələri genişləndirildi. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılaraq mühafizə və infrastruktur baxımından inkişaf etdirildi. İlk milli park olan akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması da məhz dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Hazırda Azərbaycanda 10 milli park fəaliyyət göstərir: Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac və akademik Həsən Əliyev adına Zəngəzur milli parkları.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi Milli Qurtuluş Günü ilə əlaqədar milli parklara dəvət edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.