İQTİSADİYYAT
İran Azərbaycan ilə Xəzər dənizində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Tehran, 7 oktyabr, AZƏRTAC
İran Xəzəryanı ölkələrin təhlükəsizliyi və asayişin qorunması istiqamətində ikitərəfli əlaqələri genişləndirməkdə maraqlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Ənzəli şəhərinin başçısı Mir Şəms Möminzadə deyib. O bildirib ki, İran Azərbaycan ilə Xəzər dənizində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın da İranın da dəniz sahilində lazımı infrastrukturu var. Bundan səmərəli şəkildə istifadə edib yüklərin və sərnişindaşımasını həyata keçirmək olar. Azərbaycan ilə İranın Xəzər dənizi sahilindəki limanları ilə əlaqələrin qurulması iqtisadiyyat, turizm, nəqliyyat sahələrindəki əməkdaşlığa böyük təkan verər. Bu əlaqələr hər iki dövlət üçün zəruridir.
Şəhər başçısı Azərbaycanın geniş iqtisadi potensiala malik olduğunu və qeyri-neft sektorunda həyata keçirilən islahatların gələcəkdə ölkəyə iqtisadi səmərə verəcəyini də qeyd edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran