DÜNYA


İran-Pakistan sərhədində silahlı toqquşma baş verib

Tehran, 22 fevral, AZƏRTAC

Ötən gecə İran-Pakistan sərhədində silahlı toqquşma baş verib. Nəticədə iki iranlı sərhədçi həlak olub.

AZƏRTAC xəbər verir ki, İran Sərhəd Xidmətinin açıqlamasında insidentin İran-Pakistan sərhədinin Sistan-Bəlucistan vilayətindən keçən hissəsində baş verdiyi bildirilib. Qeyd olunub ki, bir qrup silahlı terrorçu qanunsuz yollarla İrana keçməyə çalışarkən sərhədçilər tərəfindən müəyyən edilib və bu zaman silahlı toqquşma baş verib. Nəticədə iki nəfər iranlı sərhədçi həlak olub. Terrorçular Pakistan ərazisinə qaçaraq gizləniblər.

İran ilə Pakistanın sərhədində belə hallar tez-tez baş verir. Terrorçular 2018-ci ildə 14 iranlı sərhədçini postdan oğurlayaraq Pakistana aparmışdılar. Sonradan dörd sərhədçi azad edilsə də, digərləri barədə bu günədək xəbər yoxdur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.