DÜNYA
İranda 4 dövlətin iştirakı ilə hərbi təlim keçirilir
Tehran, 16 avqust AZƏRTAC
İran, Rusiya, Belarus və Ermənistanın hərbi hava qüvvələrinin iştirakı ilə İranın Kaşan şəhərində təlimlər keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun nümayəndəsi, general Əli Bilali məlumat bildirib. O deyib ki, 4 dövlətin birgə keçirdiyi hərbi təlimdə əsasən havadan müdafiə taktikası öyrənilir. Hərbi təlimə insansız uçan aparatlar da cəlb olunub. İran hərbçiləri həmkarlarına bu aparatlardan istifadə qaydalarını öyrədəcəklər.
General diqqətə çatdırıb ki, hərbi təlimlərin məqsədi regionda sülhün qorunub saxlanması, qlobal terrorçuluğa və davamlı təhlükəsizliyin təmin edilməsindən ibarətdir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]