DÜNYA
İranda koronavirusdan ölənlərin sayı 10 mini ötüb
Tehran, 25 iyun, AZƏRTAC
İranda koronovirusdan ölənlərin sayı 10 mini ötüb. Son 24 saat ərzində 2595 nəfər virusa yoluxub, 134 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 215 min 96 nəfərə, ölənlərin sayı isə 10 min 130-a yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 175 min 103 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 2899 xəstənin vəziyyəti ağır olaraq qalır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]