İQTİSADİYYAT
İranın Astara dəmir yolu ilə ixrac edilən yüklərin həcmi artıb
Tehran, 6 noyabr, AZƏRTAC
Cari ilin ötən dövrü ərzində İranın yalnız Gilan vilayətindən ixrac üçün Astara dəmir yolunun yük terminalına 192 min 300 ton yük göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Dövlət Dəmir Yolları Təşkilatının şimal regional idarəsinin rəisi Qulamhüseyn Validi məlumat verib.
O bildirib ki, ümumilikdə Astara yük terminalına ixrac üçün daxil olan yükün həcmi 98 min 800 tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.
Qeyd edək ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti çəkildikdən sonra İranın bu yolla ixrac etdiyi yüklərin həcmində artım müşahidə olunub. Nəzərə çatdıraq ki, yüklərin Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya göndərilməsi isə ölkəmizin tranzit gəlirlərini artırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]