DÜNYA
İranın sutkalıq neft ixracı 1,1 milyon barrelə düşüb
Bakı, 9 oktyabr, AZƏRTAC
İranın gündəlik neft ixracı 1,1 milyon barrelə geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi Osloda yerləşən “Rystad Energy” konsaltinq şirkəti məlumat yayıb. Bildirilir ki, buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardır. İrandan neft ixracı sentyabr ayında sutkalıq 1,7 milyon barrelə düşüb. Oktyabr ayının ilk həftəsində isə İranın neft ixracı sutkada 1,1 milyon barrel təşkil edib.
Xatırladaq ki, İranın gündəlik neft ixracı aprel ayında 3 milyon barreli ötmüşdü.
Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]