MƏDƏNİYYƏT


İraq mətbuatı 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunmasını geniş işıqlandırır

Tehran, 20 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması barədə imzaladığı Sərəncam İraq mətbuatında geniş işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, İraqın “Əl-Sabah” qəzetində, “blogspot”, “ashourland” və başqa saytlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə, poeziyasına qayğı ilə yanaşdığı və bu sahələri təmsil edən görkəmli şəxsləri daim diqqət mərkəzində saxladığı vurğulanır.

Materiallarda qeyd olunur ki, Nizami Gəncəvi təkcə Azərbaycanın deyil, bütövlükdə İslam aləminin görkəmli filosof şairidir. Onun yaradıcılığı əsrlər boyu insanların yaddaşından silinməyəcək. Dahi şair öz poeziyası ilə insanlara doğru gələcəyin yolunu göstərir, onları saf, pak olmağa çağırır.

Məqalələrdə Nizami Gəncəvinin əsərlərinin poetik, emosional təsirindən və digər məziyyətlərindən də bəhs olunur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.