SİYASƏT
İraqlı deputat: Azərbaycan üçün səfərbər olmağa hazırıq
Tehran, 28 sentyabr, AZƏRTAC
Ermənistanın illərdir işğal altında saxladığı torpaqlar Azərbaycan Ordusu tərəfindən azad edilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İraq Türkmən Cəbhəsinin sədri, Kərkükdən İraq parlamentinə deputat seçilən Ərşad Salihi deyib.
Azərbaycan ərazilərini işğal edən Ermənistan adlı terrorçu dövlətə “dur!” deməyin vaxtının çatdığını deyən deputat bildirib: “Azərbaycan üçün səfərbər olmağa hazırıq və hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Var olsun, qəhrəman Azərbaycan Ordusu!”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq
- 26.04.2024 [14:59]