CƏMİYYƏT
İş yerində zədələnmə hallarının əksəriyyəti tikinti sahəsində baş verir
Bakı, 19 sentyabr, AZƏRTAC
İş yerində zədə və xəsarətlərlə nəticələnən halların 60-65 faizi tikinti sahəsində baş verir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən ciddi nəzarətdə saxlanılan bu cür halların qarşısının alınması məqsədilə bir çox proqramlar həyata keçirilir. Bu proqramlardan biri də tikinti şirkətləri arasında ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması” üzrə müsabiqənin təşkilidir.
Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, AHİK “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” üzrə ilin ən yaxşı müəssisəsini müəyyən edib. İl ərzində 2000-nə yaxın müəssisə və təşkilatların əmək təhlükəsizliyi normaları baxımından fəaliyyəti izlənilib və qiymətləndirilib. Müsabiqənin qalibi “Holcim-Azərbaycan” şirkəti olub.
Şirkət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:00]
YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb
- 07.05.2024 [19:17]
40-cı paralel üzərində…
- 07.05.2024 [18:37]