ELM VƏ TƏHSİL


İslam ölkələrində elm, təhsil və mədəniyyət üzrə gənc liderlərin hazırlığı məsələləri müzakirə edilib

Qahirə, 23 fevral, AZƏRTAC

İslam ölkələrində elm, təhsil və mədəniyyət sahələrində gənc liderlərin hazırlığı, onların ən müasir təhsil sisteminə cəlb edilməsi məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, müzakirələrin aparıldığı konfrans İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) ilə Almaniyanın Konrad Adenauer Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

ICESCO-nun baş qərargahında “Qərarların qəbulunda strateji baxış” mövzusunda keçirilən ikigünlük konfransda müxtəlif universitetlərin 60-dan çox tələbəsi iştirak edib. Çıxış edənlər bildiriblər ki, COVID-19 pandemiyası dövründə təşkilata üzv ölkələrin ali təhsil müəssisələrində virtual təhsil önə çıxıb və bu yeni imkanlardan istifadə edərək daha mükəmməl təhsil proqramlarının hazırlanması bir zərurətə çevrilib. Beynəlxalq təşkilatlar, o cümlədən ICESCO müsəlman gənclərin yeni dövrün tələblərinə uyğun yüksək səviyyədə təhsili məqsədilə yeni layihələr həyata keçirirlər. İlk növbədə, məktəb və universitetlərin texnoloji təminatı gücləndirilməli, şagird və tələbələrin yüksək sürətli internetə əlçatanlığı, son model kompüterlərdən istifadəsi təmin edilməlidir.

ICESCO-nun Strateji Proqnozlaşdırma Mərkəzinin direktoru Kais Həmmami bildirib ki, təşkilatın gənc liderlərin hazırlanması üzrə xüsusi proqramı həyata keçiriləcək. Yaxın vaxtlarda üzv ölkələrin universitetlərinin, gənclərin iştirakı ilə kurslar, gənc alimlərin tədqiqat əsərlərinin qiymətləndirilməsi üzrə konfranslar təşkil ediləcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.