İDMAN


İslamiada: Komandamız növbəti medalını təmin edib

Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən yarışın ilk günündə 58 kiloqram çəki dərəcəsində çıxış edən Həşim Məhəmmədov uğurla mübarizə apararaq yarımfinala vəsiqə qazanıb. Bununla da o, özünə ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, dörd idmançımız bu gün mübarizəyə qoşulub.

Taekvondo üzrə millimiz, baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimovun rəhbərliyi ilə yarışda 14 idmançı ilə təmsil olunur. Konyada dayanq ustaları 4 gün ərzində güclərini yoxlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.