CƏMİYYƏT
İsmayıl Nəccar: “Xəzər-2017” təlimi yüksək səviyyədə təşkil olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakıda keçirilən “Xəzər-2017” beynəlxalq təlimi yüksək səviyyədə keçirildi. Əminəm ki, bu təlimin gözəl nəticələri olacaq.
AZƏRTAC xəbər verir ki, bunu İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar noyabrın 3-də jurnalistlərə müsahibəsində deyib.
İsmayıl Nəccar bildirib: “Ümidvarıq, gələcəkdə Xəzər dənizində fövqəladə hadisə baş verməz. Əgər hər hansı bir hadisə baş verərsə də, Xəzəryanı ölkələrin xilasediciləri onun nəticələrinin aradan qaldırılması üçün əllərindən gələni edəcəklər. Xəzərdə baş verə biləcək hadisələrin nəticələrinin aradan qaldırılmasında “Xəzər-2017” beynəlxalq təlimində qazanılan təcrübənin böyük rolu olacaq. Xəzəryanı ölkələrin təlimdə iştirak edən əməkdaşlarına uğurlar arzulayıram”.