CƏMİYYƏT
İsmayıllı rayonunda qanunsuz yolla əldə edilmiş fıstıqcinsli meşə materialı aşkarlanıb
Bakı, 10 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə reydlər keçirməyə davam edirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti reyd zamanı İsmayıllı rayonunun Qalacıq kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş, həcmi 8,48 kubmetr olan fıstıqcinsli meşə materialı aşkarlanıb.
Faktla bağlı sexin sahibi Elnur Seyidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1264,11 manat məbləğində ziyan tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]