REGİONLAR
İsmayıllıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, qabaqcıl və veteran müəllimlərin iştirak etdikləri tədbirdə çıxış edənlər ölkəmizdə bu şərəfli peşə sahiblərinə göstərilən diqqət və qayğıdan danışıblar.
Bildirilib ki, məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, İsmayıllıda təhsil sahəsində qazanılan uğurlardan bəhs ediblər.
Tədbirdə əslən Diyallı kəndindən olan Bəxtiyar Məmmədovun AMEA-nın müxbir üzvü seçildiyi, İvanovka kənd tam orta məktəbin direktoru Mixail Uryupinin əməkdar müəllim adını aldığı, 3 nömrəli tam orta məktəbin müəllimi Çingiz Muradlının isə “Tərəqqi” medalı ilə təltif olunduğu diqqətə çatdırılıb.
Bir neçə qabaqcıl müəllimə rayon icra hakimiyyətinin Fəxri Fərmanı və pul mükafatı verilib. Habelə 65 yaşı tamam olmuş müəllimlərə qiymətli hədiyyələr təqdim olunub, onlar təqaüdə yola salınıblar.
Tədbir konsert proqramı ilə davam edib.