REGİONLAR
İsmayıllıda evdən 21 min manat oğurluq edən şəxs saxlanılıb
İsmayıllı, 10 may, AZƏRTAC
İsmayıllının Mücühəftəran kəndindəki evlərin birindən oğurluq edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Polis Şöbəsinə müraciət edən zərərçəkən axşam saatlarında evdə olmadığı müddətdə sandıqda olan 21000 manat pulunun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin zərərçəkənin həmkəndlisi Elçin Gülməmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı 21000 manat E.Gülməmmədovdan götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, Elçin Gülməmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.