REGİONLAR
İsmayıllının Keyvəndi kəndində iri heyvandarlıq kompleksi tikilir
İsmayıllı, 8 mart (AZƏRTAC). İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində 1500 başlıq iri heyvandarlıq kompleksi inşa olunur.
AZƏRTAC xəbər verir ki, tikintisinə ötən ilin yayından başlanmış kompleksin bir hissəsində işlər başa çatdırılmışdır.
Kompleksin bir neçə aydan sonra fəaliyyətə başlaması planlaşdırılır. May ayında Hollandiyadan yüksək məhsuldar mal-qaranın gətirilməsi nəzərədə tutumuşdur. Artıq yem tədarükünə də hazırlıq işləri aparılır. Bu məqsədlə 200 hektarda yazlıq yonca və qarğıdalı əkini üçün şum çıxarılmışdır.
Yaxın illərdə burada emal sexlərinin tikintisi də planlaşdırılmışdır. Tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada 150 nəfər işlə təmin olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]