İDMAN
İspaniya Futbol Federasiyası Lopeteqi ilə müqavilənin müddətini uzadıb
Bakı, 22 may, AZƏRTAC
İspaniya Futbol Federasiyası ölkənin milli yığma komandasının baş məşqçisi Xulen Lopeteqi ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC İspaniya yığmasının rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, yeni müqavilənin şərtlərinə görə, bu məşqçi İspaniya milli komandası ilə 2020-ci ilin yayınadək işləyəcək.
Lopeteqi İspaniya yığmasına 2016-cı ildən - Avropa çempionatından sonra rəhbərlik edib. Ondan əvvəl komandanın baş məşqçisi Visente del Boske olub. İspaniyalılar Lopeteqinin rəhbərliyi altında seçmə qrupda birinci yeri tutaraq 2018-ci ildə keçiriləcək dünya çempionatına vaxtından əvvəl vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]