DÜNYA
İspaniya “WhatsApp”ın gəlirlərindən vergi tutmaq niyyətindədir
Bakı, 16 sentyabr, AZƏRTAC
İspaniyada ictimaiyyətə açıqlanan yeni qanun layihəsi çərçivəsində "WhatsApp" kimi axtarış və ani mesajlaşma xidmətləri göstərən şirkətlərin gəlirlərinə görə vergi ödəməsi təklif olunub.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, telekommunikasiya və rəqəmsal infrastruktura məsul dövlət naziri Roberto Sançes artıq ölkənin rabitə xidmətlərindən istifadə formalarının və rəqabət şərtlərinin dəyişdiyini vurğulayıb.
Yeni qanun layihəsi ildə 1 milyon avrodan çox dövriyyəsi olan şirkətlərin hər 1000 avro gəlir üçün bir avrodan artıq olmamaq şərtilə vergiyə cəlb olunmasını nəzərdə tutur.
İspaniya internet şirkətlərindən daha çox vergi tutulmasına tərəfdar ölkələr sırasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]