MƏDƏNİYYƏT


İspaniyada “Əbədi ezamiyyət” sənədli filmi ispan dilində nümayiş olunub

Madrid, 25 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi İspaniyada ispan dilində subtitrlərlə nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə onlayn qaydada təşkil edilmiş videokonfransda İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Ekran əsəri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən sənədli film 1919-cu il Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları, ölkəmizin müstəqilliyinin tanıdılması uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs edir.

“Nexos Assosiasiyası – Sivilizasiyalar Alyansı” təşkilatının prezidenti, İspaniya İpək İnstitutunun vitse-prezidenti Enrike Qaspar çıxış edərək filmin subtitrinin ispan dilinə tərcümə edilməsinin onda filmə qarşı marağı daha da artdığını, filmin çəkilişlərinin peşəkarcasına aparılaraq, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alındığını, ümumiyyətlə filmin layihəsi üzrə 6 aya yaxın işin davam etdiyini bildirib.

“Əbədi ezamiyyət” filmi videokonfrans iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.