MƏDƏNİYYƏT


İspaniyada Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Madrid, 3 dekabr, AZƏRTAC

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 11 avqust tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin İspaniyadakı səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən xüsusi poçt markaları hazırlanıb.

AZƏRTAC xəbər verir ki, üzərində Əhmədiyyə Cəbrayılovun təsviri əks olunan poçt markaları İspaniyada dövriyyəyə buraxılıb.

Bundan əvvəl də səfirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.

Nigar Cəfərli

AZƏRTACın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.