MƏDƏNİYYƏT


İspaniyada gənc reper bəstələdiyi mahnılara görə həbs olunub

Bakı, 9 aprel, AZƏRTAC

İspaniyada “Biz qanunu pozmuruq” (No somos un delito) adlı yeni kampaniya başlayıb. Bu cinayət məsuliyyətinə cəlb olunmuş reperlərin bəstələdiyi mahnıların robot tərəfindən oxunaraq onların azadlıq hüququnu nümayiş etdirir. Repin sözlərində deyilir: “Diktaturanı sevmədiyimiz, ona nifrət etdiyimiz üçün bizi cinayətkar adlandırırlar, öz həyatlarını mübarizəyə həsr edənləri qandallayırlar”.

AZƏRTAC xəbər verir ki, bu sözlərə görə İspaniyanın Valtònyc reperi 3 il yarım müddətinə həbs olunub.

Reper bəstələdiyi mahnıları “YouTube” səhifəsində bölüşüb. Mahnıların sözlərinin oxunmasında o, süni intellektin, robotun köməkliyindən istifadə edib.

Xatırladaq ki, İspaniya dövlətinin qəbul etdiyi yeni qanunda heç bir şəxsin deputatlar konqresi qarşısında əvvəlcədən xəbərdarlıq etmədən etiraz aksiyası keçirmək hüququ yoxdur. Başqa sözlə, insanların söz azadlığı məhdudlaşdırılır, onların bir yerə toplaşmaq hüququ əllərindən alınır. İnsanlar bu qanuna etirazlarını musiqi vasitəsilə və “hologram mitingini” təşkil etməklə bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.