DÜNYA
İspaniyada meşə yanğınları: həlak olanlar var
Madrid, 16 oktyabr, AZƏRTAC
İspaniyanın Qalisiya vilayətini bürüyən meşə yanğınları nəticəsində 3 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, son 2 gün ərzində Qalisiyada 146, Asturiya vilayətində isə 31 yanğın ocağı qeydə alınıb.
Bəzi hissələrdə meşə yanğınları yaşayış məntəqələri üçün təhlükə yaratdığından, onlarla qəsəbədə ikinci dərəcəli təhlükə elan olunub. Yanğınların Qalisiya vilayətinin ən böyük şəhəri Viqoya yaxınlaşdığı barədə də məlumatlar yayılır.
Bu günlərdə yağış yağacağı proqnozlaşdırılır ki, bu da yanğınları səngidə bilər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]