MƏDƏNİYYƏT


İsraillə Azərbaycanın turizm sahəsində mümkün əməkdaşlığı müzakirə edilib

Bakı, 6 mart, AZƏRTAC

Martın 6-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq istiqamətləri, cari il ərzində hər iki ölkədə turizm sektoru üzrə baş tutacaq beynəlxalq tədbirlər müzakirə edilib.

Görüşdə səfir Corc Dik diqqətə çatdırıb ki, Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut və görülən işlər, eləcə də bu turizm məhsulunun təbliğatı İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir.

Görüş çərçivəsində Azərbaycan və İsrail arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.