ELM VƏ TƏHSİL


İstanbul Texniki Universitetinin rektoruna AzMİU-nun fəxri doktoru adı verilib

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi şurasının qərarına əsasən, Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) rektoru, professor Mehmet Karacaya universitetin fəxri doktoru adı verilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, şuranın növbədənkənar iclasında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova doktor Mehmet Karacanın elm və təhsil sahəsində tanınmış bir alim, təhsil təşkilatçısı olduğunu vurğulayıb, İTU ilə AzMİU arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərini yüksək qiymətləndirib.

Professor Mehmet Karaca çıxışında qeyd edib ki, bu adı almaq onun üçün böyük qürurdur. O, AzMİU-da olmaqdan və universitetin akademik heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirdiyini bildirib. AzMİU-nun fəxri doktoru adı verilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyən İTU rektoru bu adın “bir millət, iki dövlət” devizi ilə yaşayan xalqlarımız arasında dostluq və əməkdaşlığın rəmzi olacağını xüsusi vurğulayıb.

Tədbirin sonunda AzMİU-nun rektoru Gülçöhrə Məmmədova İTU rektoru Mehmet Karacaya fəxri doktor diplomunu təqdim edib.

Qeyd edək ki, AzMİU-nun fəxri doktorları arasında yer almış Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl də İTU-nun məzunu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.