DÜNYA
İstanbulda Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirilib
İstanbul, 10 dekabr, AZƏRTAC
10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə İstanbulun Üsküdar meydanında maraqlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə adıgedən meydanda müharibə və digər səbəblərdən ölkələrini tərk etməyə məcbur qalan insanlara ithafən yol çantaları nümayiş etdirilir. Çantalar dəmir qorumalıqlarla əhatə edilib. Burada, eyni zamanda, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə rəhbəri Bayram Şenocağın “Naməlum səfər” başlıqlı yazısı yerləşdirilib.
Qeyd edək ki, Beynəlxalq İnsan Hüquqları Günü 1948-ci ildə BMT Baş Assambleyasında Dünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]