DÜNYA


İstanbulda FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 74 nəfər saxlanılıb

İstanbul, 21 may, AZƏRTAC

İstanbul Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 74 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə əlaqədar Türkiyənin 18 şəhərində 92 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 74 nəfər saxlanılıb.

Bundan əlavə, araşdırmalar nəticəsində terror təşkilatı ilə əlaqəsi olan yeni şəxslər haqqında da məlumat əldə edilib.

Təhqiqat davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.