İQTİSADİYYAT
İstanbulda QDİƏT xarici işlər nazirləri şurasının iclası keçirilir
İstanbul, 21 may, АZƏRTAC
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının iclası işə başlayıb. Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
İclası Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş açıb. Sonra QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışı dinlənilib. İclasda QDİƏT-nin ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.
Qeyd edək ki, mayın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul