DÜNYA


İstanbulda kimya fabrikində baş vermiş yanğın insan sağlamlığına ciddi ziyan vura bilər

İstanbul, 19 sentyabr, AZƏRTAC

İstanbulun Tuzla rayonunda yerləşən kimya fabrikində baş vermiş yanğın kimyəvi maddələrin havaya sovrulmasına səbəb olub. Bölgədə əsən güclü küləyin təsiri ilə bu maddələr İstanbulla yanaşı ölkənin Kocaeli, Sakarya və Eskişehir şəhərlərinə də yayılıb.

AZƏRTAC xəbər verir ki, İstanbul Teknik Universitetinin meteoroloji mühəndisliyi fakültəsindən verilən məlumatda dumanla birlikdə havaya yayılan bu maddələrin insan sağlamlığına təsirsiz ötüşməyəcəyi bildirilir. Belə ki, verilən son proqnozlara görə, cümə günü bölgədə gözlənilən yağış bu maddələrin yerə enməsinə səbəb olacaq. Bunun da nəfəs yolu ilə orqanizmə daxil olması ehtimalı yüksəkdir. Orqanizmə düşən bu kimyəvi maddələr başda tənəffüs sistemi olmaqla ürək-damar və beyin xəstəliklərinə səbəb ola bilər.

Hazırda ərazidə yaşayan insanların evlərində pəncərələri bağlı saxlamaları, mümkünsə bölgəni tərk etmələri barədə təlimat verilib.

Xatırladaq ki, sentyabrın 18-də İstanbulun Tuzla rayonundakı kimya fabrikində yanğın baş verib. Hadisə nəticəsində ikisi yanğınsöndürmə briqadasının əməkdaşı olmaqla yeddi nəfər qatı dumandan zəhərlənərək xəstəxanalara yerləşdirilib.

Güclü partlayışın baş verdiyi fabrikin ətrafında olan avtomobillər də yanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.