DÜNYA


İsveçin IKEA şirkəti Rusiyadakı fabrik və ofislərini bağlamaq qərarına gəlib

Stokholm, 16 iyun, Rauf Əliyev, AZƏRTAC

Çərşənbə günü İsveçin IKEA şirkəti Rusiyadakı fabrikləri satacağını, ofislərini bağlayacağını və təxminən 28 min işçini ixtisar edəcəyi ilə bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, şirkət yaxın gələcəkdə də Rusiyada satışları bərpa etmək imkanının olmadığını bildirib. Nəticədə brendin sahibi İnter IKEA şirkəti, ona məxsus olan dörd fabrik üçün alıcı axtarmağa başlayacağını, Moskva və Minskdəki iki satınalma və logistika departamentini həmişəlik bağlayacağını elan edib.

Bununla belə, dünyanın ən böyük ticarət mərkəzi sahiblərindən biri olan Ingka şirkəti Rusiyada MEGA brendi altında 14 ticarət mərkəzini açıq saxlamağı nəzərdə tutur. Şirkət bununla insanların geyim, ərzaq və apteklər də daxil olmaqla zəruri əşyalara çıxışını daim təmin etmək istədiyini bildirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.