REGİONLAR
İsveçli səyyah: Dağıdılmış əraziləri görmək bizi çox məyus etdi VİDEO
Şuşa, 16 iyun, A.Yavərzadə, AZƏRTAC
On il əvvəl Bakı və Şəkiyə səfər etmişdim. Hazırda isə Azərbaycana gəlməyimin səbəbi Qarabağ haqqında daha çox məlumat toplamaqdır. İndi biz Şuşadayıq, bura çox gözəl yerdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşaya səfər edən İsveçdən olan səyyah, 100 Travel Klubunun üzvü Bengt Hildebrand bildirib.
“Buradakı dağıdılmış əraziləri görmək bizi çox məyus etdi. Amma sevinirəm ki, indi sülh var, tikinti-bərpa işləri aparılır”, - deyə o əlavə edib.
Qeyd edək ki, dünyanın 10 ölkəsindən olan 24 məşhur səyyahın Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfəri başlayıb. Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan səyyahlar 3 gün ərzində Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə hərəkət edirlər.