DÜNYA


İsveçrədə qaçqın sığınacaqlarının bir qismi bağlana bilər

Bern, 18 iyul, AZƏRTAC

İsveçrə Dövlət Miqrasiya Xidməti qaçqınlarla bağlı vəziyyətin “optimallaşdırılması” üçün iyulun əvvəlindən etibarən sığınacaqların bağlanması da daxil olmaqla bir çox imkanları nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, İsveçrədə sığınacaq axtaranların sayının azalması öz nəticəsini verib və hazırda qaçqınların yerləşdirildiyi bir neçə mərkəzin bağlanması da gündəmə gəlib. Ədliyyə naziri Karin Keller-Sutter sistemin imkanlarının tənzimlənməli olub-olmadığını yoxlamağa başlayıb. O, növbəti addımlara sentyabr ayında qərar verəcək.

Dövlət Miqrasiya Xidməti qəzetlərin bu barədə xəbərini təsdiq edib. Xidmətin mətbuat katibi Lukas Rider adıçəkilən sahədə yarımçıq işlərin tamamlanmasının sürətləndirilməsi üçün tədbirlərin nəzərdən keçirildiyini bildirib. Bununla yanaşı, yol xəritəsinin daha səmərəli şəkildə həyata keçirilməsi üçün imkanlar və təhsil mərkəzlərində yüklənmənin öhdəsindən gəlmə yolları da müzakirə olunur.

Hazırda federal dövlətin mövcud mərkəzlərində və müvəqqəti yaşayış məntəqələrində 4 min yatacaq yeri var. İyunun sonunda bu yerlərdən ən azı yarısı dolu olub. Buna baxmayaraq, dövlətin bu günədək qüvvədə olan planlarına əsasən yatacaq yerlərinin sayını 5 minə çatdırmaq nəzərdə tutulurdu. Keçən il əksər kantonlarda qaçqınların sayı azaldığından mərkəzlər bağlanmışdı. Bu gün federal dövlətin bir neçəsi müvəqqəti olmaqla 19 sığınacağı var. Sığınacaqların sayı və orada yerləşdirilmiş qaçqın sayındakı mütənasibliyin pozulması qaçqın mərkəzlərinin bir hissəsinin bağlanması zərurətini yaradıb.

Qeyd edək ki, İsveçrədə qaçqın böhranının ən pik nöqtəsi 2015-ci ildə yaşanıb. 2014-cü ildə sığınacaq üçün müraciət edənlərin sayı 15 min nəfər olsa da, 2015-ci ildə bu say 40 min nəfərə yüksəlib. Bu ilin ötən 6 ayı ərzində isə müraciət edənlərin sayı cəmi altı min nəfər olub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.