DÜNYA


İsveçrədə təyyarə qəzası nəticəsində 20 nəfər həlak olub YENİLƏNİB

Bern, 5 avqust, AZƏRTAC

İsveçrədə baş verən təyyarə qəzasında 20 nəfər həlak olub.

AZƏRTAC İsveçrə mətbuatına istinadla xəbər verir ki, İkinci Dünya müharibəsindən öncə istehsal edilən “Junkers” markalı “Ju-52“ tipli təyyarə ölkənin Qraubünden dağlıq massivində dəniz səviyyəsində 2500 metr yüksəklikdə qəzaya uğrayıb.

İsveç polisinin verdiyi məlumata görə, iki pilot, bir ekipaj üzvündən başqa təyyarədə 17 sərnişin - on dörd İsveçrə və üç Avstriya vətəndaşı olub. Dağlıq ərazidə turistik uçuşlar təklif edən “Ju-Air” şirkətinə məxsus olan təyyarənin hansı səbəbdən qəzaya uğraması məlum deyil. Əlverişsiz dağlıq ərazi xilasedicilərin hadisə yerinə yaxınlaşması və qəzanın səbəbinin müəyyənləşdirilməsini əlavə olaraq çətinləşdirir.

İkinci Dünya müharibəsi və ondan sonra hərbi məqsədlər üçün geniş istifadə edilən bu hərbi təyyarələrin bir qismi hələ də turizm şirkətləri tərəfindən istifadə edilir. Qəzaya uğrayan təyyarə isə 1981-ci ildə İsveçrə Silahlı Qüvvələrinin balansından çıxarıldıqdan sonra eyni markalı digər iki təyyarə ilə birlikdə “Ju-Air” tərəfindən alınıb. Şirkətin yaydığı məlumatda indiyədək 14 mindən artıq sərnişinə xidmət edən təyyarənin texniki cəhətdən işlək vəziyyətdə olduğu və baş vermiş qəza ilə əlaqədar digər eynimarkalı təyyarələrlə də uçuşların dayandırıldığı qeyd edilib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.