İDMAN
İtaliya A Seriyası: “Yuventus” autsayder “Frosinone”nin qapısına üç qol vurub
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 15-də İtaliya A Seriyasının 24-cü turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında turnir cədvəlinin lideri “Yuventus” klubu doğma azarkeşlər önündə autsayderi “Frosinone” komandasını qəbul edib.
Görüş Turin təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. “Qoca sinyora”nın heyətində Paolo Dibala (6), Leonardo Bonuci (17) və Kriştiano Ronaldo (63) fərqləniblər.
Bu qələbə sayəsində turinlilər xallarının sayını 66-ya çatdıraraq liderliyi qoruyub saxlayıb. “Frosinone” isə 16 xalla 19-cu yerdə qərarlaşıb. “Yuventus” növbəti turda səfərdə “Bolonya” ilə, “Frosinone” isə doğma meydanda “Roma”nı qonaq edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]