İtaliya FAO ilə birgə qida təhlükəsizliyinə dair toplantı təşkil edəcək
AzerTAg.az
Roma, 15 may, AZƏRTAC
İtaliya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə Romada Rusiya-Ukrayna hadisələrinin mənfi təsir göstərdiyi ərzaq təhlükəsizliyi ilə bağlı dialoq toplantısı keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.
“İtaliya iyunun 8-də FAO ilə birlikdə Aralıq dənizi dövlətlərinin taxıl tədarükünün şaxələndirilməsi məqsədilə dialoq toplantısı təşkil edəcək. Dünya miqyasında gərginliyə səbəb olan taxıl tədarükünün diversifikasiyasına kömək etmək üçün Aralıq dənizi ölkələri olaraq bu toplantını nazirlər səviyyəsində keçirəcəyik”, - deyə Luici Di Maio qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin mətnində orfoqrafik səhv var