İDMAN
İtaliya və İspaniya çempionatlarında növbəti turlara start verilib
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 21-də futbol üzrə və İtaliya çempionatlarında növbəti turların oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliya “A” seriyasında lider “Napoli” səfərdə “Salernitana”nı iki cavabsız qolla məğlub edərək liderliyini möhkəmləndirib. Hesabında 50 xal olan Neapol klubu ən yaxın izləyicisi “Milan”ı 12 xal qabaqlayır.
İlk günün digər matçında “Verona” öz meydanında “Leççe”ni eyni hesabla məğlub edib. Günün son oyununda isə “Torino” səfərdə “Fiorentina”dan üstün olub - 1:0.
İspaniya çempionatında isə 18-ci turun ilk günündə 4 oyun baş tutub. “Real Sosyedad” səfərdə “Rayo Valyekano”dan üstün olub - 0:2. Günün digər matçlarında isə meydan sahibləri seviniblər. “Malyorka” “Selta Viqo”nu 1:0, “Espanyol” “Betis”i 1:0, “Atletiko Madrid” isə “Valyadolid”i 3:0 hesabları ilə məğlubiyyətə uğradıblar.
Qeyd edək ki, La Liqada turnir cədvəlinə 41 xalla “Barselona” başçılıq edir. Ondan 3 xal geri qalan “Real Madrid” ikincidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]