DÜNYA
İtaliyada 4 tondan çox kokain ələ keçirilib
Roma, 6 oktyabr, AZƏRTAC
İtaliya maliyyə polisinin beynəlxalq narkotik alverçilərinə qarşı keçirdiyi əməliyyatda 4 tondan çox narkotik vasitə - kokain müsadirə edilib.
AZƏRTAC xəbər verir ki, Kalabriya Mafiya ilə Mübarizə Prokurorluğunun tələbi ilə keçirilən əməliyyat Kalabriya ilə yanaşı, Milan, Roma, Neapol, Bari, Terni, Viçenza və Novara şəhərlərini əhatə edib. Əməliyyat zamanı 36 nəfər saxlanılıb, bazar dəyəri təxminən 800 milyon avro olan 4 tondan çox kokain ələ keçirilib. Saxlanılan şəxslər müxtəlif üsullarla Gioia Tauro limanını narkotik qaçaqmalçılığı üçün logistik baza kimi istifadə etməkdə ittiham olunurlar. 36 nəfərdən 34-ü barəsində həbs qətimkan tədbiri, 2 nəfər barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bundan başqa, ümumi dəyəri 7 milyon avro olan daşınar və daşınmaz əmlaka həbs qoyulub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]