Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İtaliyada bayramsayağı payız

Bakı, 1 oktyabr, AZƏRTAC

Bu payız İtaliyada turistləri dolğun və rəngarəng festival proqramları və maraqlı hadisələr gözləyir ki, bunların bəziləri haqqında sizə danışmaq istəyirik.

Komakkoda angvil balığı bayramı

Sentyabrın son və oktyabrın ilk iki həftəsinin istirahət günlərində (oktyabrın 5-7-si və 12-14-də) Komakkoda (Ferrarı əyalətinin Emiliya-Romanya vilayətində) angvil balığı bayramı qeyd olunacaq. Bayram vaxtı ziyarətçiləri zəngin proqram - konsertlər, dünyanın məşhur aşpazları tərəfindən kulinariya şoularının təqdimatı gözləyir. Burada təkcə angvil balığından hazırlanmış valehedici yeməklərdən ləzzət almaq deyil, bayramın fəal iştirakçısına da çevrilmək mümkündür. Siz yerli restoranlar üzrə qastronomiya marşrutunuzu yoxlaya bilərsiniz. Burada sizə müasir tərzdə hazırlanmış ənənəvi yeməklər təklif olunacaq, tarixi mərkəzdə və kanal boyunca ərzaq, şirniyyat və yerli ustaların əl işlərinin satıldığı stendləri gəzmək, həmçinin peşəkar bələdçinin müşayiəti ilə qayıqda, velosipeddə, avtobusda və ya piyada Avropada biomüxtəlifliyinə görə unikal yer olan Po çayının deltasındakı parkda maraqlı səyahət etmək fürsəti yaradılacaq.

Şabalıd və ağ göbələk bayramı

Rokkamonfina Kazerta əyalətində (Kampaniya vilayəti) Santa-Kroçe dağının ətəyində yerləşən, gözəl mənzərələri ilə insanı valeh edən kiçik şəhərdir. Hər ilin payızında bu şəhərdə şabalıd və ağ göbələk bayramı qeyd edilir. Oktyabr ayının hər istirahət günü tarixi mərkəzdə şabalıddan hazırlanan müxtəlif təamları (şabalıd mürəbbəsi, siropda şabalıd və s.) dadmaq olar. Burada, həmçinin yüksək dəyər verilən ağ göbələyin (İtaliyada bu göbələk “porçini” adlandırılır) həm təzə, həm də qurudulmuş şəkildə dadına baxmaq mümkündür. Naharda yerli restoranlarda dadlı ənənəvi yeməklər verilir, folklor ansambllarının çıxışları, cürbəcür konsertlər və uşaqlar üçün kukla tamaşaları isə gözəl ab-hava yaradır. Qonaqlara qonşu meşədə gəzmək, şabalıd və göbələk yığmaq, həmçinin 1000 metrə yaxın hündürlükdə yerləşən, İtaliyada böyüklüyünə görə 4-cü krater sayılan sönmüş Rokkomanfina vulkanına qalxmaq fürsəti yaradılır.

“Milan qəsrində ferma” qastronomiya bayramı

Oktyabrın 7-də Milanın lap mərkəzində “Qəsrdə ferma” bayramı keçiriləcək. “Kannone” meydanında Katello Sfortsesko hersoqluğu qəsrinin parkında Lombardiya regionunun istehsalçıları tərəfindən təqdim edilən ənənəvi ərzaq məhsulları olan cürbəcür kolbasa, pendir, süd məhsulları, bal, şirniyyat və düyünün şən və qızğın ticarəti aparılacaq. Yarmarkada balacalar üçün öyrədici və əyləncəli oyunlar təşkil ediləcək. Axşama doğru arzu edənlərə sağlamlıq üçün faydalı olan təbii məhsullar əsasında hazırlanmış ziyafət təqdim olunacaq.

Boltsanoda məhsul bayramı

Boltsanonun “Valterplats” meydanında keçirilən məhsul bayramı Cənubi Tirolda ən populyar tədbirlərdən biridir və hər il minlərlə turist toplayır. Bununla əlaqədar oktyabrın 13-də təşkil ediləcək bayramsayağı fermer bazarı yerli qida məhsulları istehsalçıları ilə tanış olmağa, fermer məhsullarını dadmağa və almağa gözəl fürsətdir.

Lombardiyada cəngavər turniri

Oktyabrın 13-14-də Vijdevanoda (Lombardiya vilayəti) Palo Delle Kontrade cəngavər turniri əsas hadisə olacaq. Həmçinin təmtəraqlı orijinal geyimlərlə bəzənəcək 500-dən çox insan Korteo Storiko tarixi yürüşünü səhnələşdirəcəklər. Yürüş və bütün bayram təbil vurmaları, şeypur səsləri, rəqslər, jonqlyor və akrobatların çıxışları ilə müşayiət olunacaq. Bu günlərdə qədim sənətlər yenidən dirçəlir, ulu nənələrin reseptləri ilə hazırlanan yeməklər təqdim edilir, bu kiçik şəhərə ötən əsrlərin ruhu qayıdır.

Milli şabalıd yarmarkası

Pyemont əyalətinin Kuneo rayonu özünün məhsuldar şabalıd ağacları ilə məşhurdur. İlk dəfə olaraq ötən əsrin əvvəllərində təşkil olunmuş Kuneo şabalıd yarmarkası bu gün də dünyanın hər yerindən yüz minlərlə ziyarətçini cəlb edir. Oktyabrın 19-21-də qonaqlar həm dadlı şabalıd (Aralıq dənizi pəhrizində mühüm inqrediyent) yeyəcək, həm də şabalıdın əsasında hazırlanan cürbəcür kulinar məhsullarını dadacaqlar. Bu böyük yarmarkanın çoxsaylı stendlərində, həmçinin Pyemontun digər səciyyəvi məhsulları və yerli sənətkarların əl işləri nümayiş etdirilir.

Aostada inək döyüşləri

Ante-Sent-Andredə keçirilən “Bataye de Reyn” inək döyüşləri zor və təcavüzsüz, dostluq ruhu hopdurulmuş böyük və şən kəndli bayramıdır. Eyni zamanda, burada Valdostan mətbəxinin ləziz təamlarından dadmağa yaxşı fürsətdir. Belə döyüşlər hər il təşkil olunur. Ən yaxşı “döyüşçülər” yekunda Aosta şəhərindəki “Kroa Noar” meydanında oktyabrın 21-də keçiriləcək regional yarışmada iştirak edir. Onun qalibi “kraliçaların kraliçası” şərəfli adına layiq görülür.

Paduada retro avtomobillərin sərgisi

“Auto e Moto d’Epoca Padova” beynəlxalq sərgisi - İtaliyada retro avtomobillərin və onların ehtiyat hissələrinin vernisajı oktyabrın 25-28-də öz ziyarətçilərini “Ferrari”, “Alfa Romeo”, “Mercedes Benz”, “Ducati” kimi ən tanınmış avtomobil və motosikl markaları ilə sevindirəcək. “Fyera di Padova” sərgi kompleksində (Paduya, Veneto regionu) daha gözəl nüsxələrə rast gəlmək mümkün olacaq ki, bunların da əksəriyyəti avtomobil istehsalı tarixinin fəxridir.

Sərgidə 4000-dən çox avtomobil nümayiş olunacaq. Bu, vernisajı avtomobil istehsalı sahəsində əsas pillə edəcək. Sərgi iri avtomobil və motosikl istehsalı zavodlarının nümayəndələri, aksesuar və ehtiyat hissələri istehsalçıları, sahibkarlar, bərpaçılar, tarix muzeyi işçiləri, tədbir təşkilatçıları və sadəcə Avropanın hər bir yerindən olan avtomobil həvəskarlarının görüşü üçün uğurlu fürsət yaradacaq.

Kolbasa bayramı

Hamıya məlumdur ki, Kremona özünün dünyada ən yaxşı skripka istehsalı ilə məşhurdur. Lakin kolbasa skripkaları geridə qoyur! Bu tarixi mərkəzdə oktyabrın 26-dan 28-dək kolbasaya həsr edilmiş irimiqyaslı mədəni-qastronomik tədbir keçiriləcək. Burada İtaliyanın 40-dan çox kolbasa və kolbasa məmulatı hazırlayan istehsalçısı iştirak edəcək. Paralel olaraq cürbəcür tədbirlər - şoular, dequstasiyalar, kolbasa hazırlama sənətinə və donuzçuluğun incəliklərinə həsr olunan seminarlar keçiriləcək. 

Yeri gəlmişkən, salyaminin - İtaliyanın hər vilayətinin qastronomiyasını xarakterizə edən, bir növ onların “lakmus kağızı” olan bu kolbasa məmulatının tərkibi, istehsal prosesi və saxlama üsulları hər regionda müxtəlif cürdür.

Bolonyada caz festivalı

Caz sahəsində möhkəm ənənələri ilə şöhrət qazanan Bolonya şəhərində 10-cu “Bologna Jazz Festival” təşkil olunacaq. Festival Emiliya-Roman regionunda yerləşən Bolonya və Ferraranın teatr, bar, muzey və caz-klublarında oktyabrın 30-dan noyabrın 14-dək keçiriləcək.

Brindizi Montanya şəhərində orta əsrlər günləri

İtaliyanın cənubunda (Potentsa əyaləti, Bazilikata vilayəti) Brindizi Montanya kiçik şəhərində oktyabrın 27-28-də ötən illərin ab-havası canlanacaq. Qədim qəsrin divarları yaxınlığında “döyüşçülər”, “xanımlar” və “kavalyerlər” toplaşacaq. Bu tarixi bayram və səhnə şəhər sakinlərini uzaq 1268-ci ilə aparır. O zaman kral Karl Anjuyski yerli feodal Qvidon De Foresti Brindizi Montanya və Antsi şəhərlərinin Baş cənab tituluna (Primus Domini Brundusii De Montanea et Ansiae) layiq görüb. 

“Orta əsrlər günləri” bayramı özünün qədimiliyi canlandıran nağılabənzər atributları- şair və çalğıçıları, təlxəkləri, sehrbazları, orta əsrlərə aid hərbi qoşunları, nümunəvi şahin ovları və dadlı yemək-içməyi ilə ziyarətçilərinin yaddaşlarına həkk olunacaq.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar