DÜNYA
İtaliyada son bir sutkada yoluxma sayında yenidən artım qeydə alınıb
Roma, 6 iyun, AZƏRTAC
İtaliyada koronavirusa yoluxma hallarının sayı son bir sutkada iki dəfə artsa da, ölənlərin sayı azalmaqdadır. Hökumət vəziyyətin nəzarət altında olduğunu bildirir. Lakin 18 dövlət İtaliyaya uçuşları hələlik bərpa etmək istəmir.
AZƏRTAC xəbər verir ki, ötən gün İtaliyada 518 yeni yoluxma faktı qeydə alınıb. Bunlardan da 400-ü Lombardiya əyalətinin payına düşür. Ölkədə son 24 saatda 85 nəfər vəfat edib.
İtaliyanın otel sektorunun yalnız 40 faizi işləyir. Turistlərin sayı çox az olduğundan ölkə üzrə otellərin 26,8 faizi ən azı iyuladək açılmayacaq, qalanları isə ümumiyyətlə, yay mövsümündə işləməyəcək. Təkcə may ayında turizm və otelçilik sahəsində çalışan 118 min insan işsiz qalıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]