DÜNYA
İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 24-də İtaliyada baş verən zəlzələ qurbanlarının sayı artmaqdadır.
AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, artıq zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb, 400 nəfərə yaxın adam yaralanıb. Xilasetmə qüvvələri dağıntılar altından 200 nəfərin cəsədinin çıxarıldığı Amatris şəhərində axtarışları intensivləşdiriblər. İtkin düşmüş 30 nəfərə yaxın insanın tapılmasından sonra Peskara del Tronto kəndində axtarışlar dayandırılıb.
Hazırda 21-i uşaq olmaqla 181 cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Ölənlərdən ən balacası 5 ay yarımlıq, ən yaşlısı 93 yaşındadır. Həyatını itirənlər arasında altı rumın, üç britaniyalı, bir ispan, bir alban və bir kanadalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]